Gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edərkən deyib.
"Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu, əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər", - dövlət başçısı qeyd edib.
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı