2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
"Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7 % iqtisadi artım müşahidə edilib", - deyə o qeyd edib.
"Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayənin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatlar mühüm rol oynayıb", - nazir vurğulayıb.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…