Rusiya prezidentinin ağlında nə olduğu heç kimə məlum deyil.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin nüvə hədəsi ilə bağlı açıqlamasında deyib.
"İstənilən vaxt istənilən ölkəyə qarşı nüvə silahından istifadə edə bilər, ya yox? Onun bunu edəcəyinə əmin deyiləm. Fikirlərimi sizinlə bölüşürəm, amma Allaha şükür ki, mən Putin deyiləm. Dəqiq deyə bilmərəm, çünki o, adekvat deyil. İstənilən adekvat insan Ukraynaya gəlib onun etdiklərini edə bilməz.
Putin öz həyatını, həyat tərzini və başqalarının həyatını idarə etməyi sevir. Buna görə də düşünürəm ki, o, nüvə silahından istifadə etməz", - Zelenski qeyd edib.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…