Alimlər alkoqol və xərçəngin altı növü arasında əlaqə tapıblar.
BUTA.TV xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.
Söhbət baş və boyun xərçəngindən, qida borusunun skuamöz hüceyrəli karsinomasından, döş, düz bağırsaq, qaraciyər və mədə xərçəngindən gedir.
Amerika Xərçəng Araşdırmaları Assosiasiyası (AACR) 2024-cü ildə aşkar edilən xəstəlik hallarının 5%-ni spirtdən istifadə ilə əlaqələndirib. Piylənmə (7,6%) və siqaretdən (19,3%) sonra bu amilin yaratdığı xərçəng hadisələrinin sayında spirtli içkilər üçüncü yerdədir.
Alkoqoldan imtinanın spirtə bağlı xərçəng riskini 8%, bütün xərçəng növlərinin riskini isə 4% azalda biləcəyi vurğulanır. Qeyd olunur ki, amerikalıların 51%-i spirtin xərçəng riskini artırdığını bilmir.
Əvvəllər elm adamları diş əti xəstəliklərini xərçəng riskinin artması ilə əlaqələndirmişdilər. Məlum olub ki, parodontitin inkişafına kömək edən bəzi bakteriyalar baş və boyun xərçəngi riskini 50% artırır.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…