Hava hücumundan müdafiə sistemləri ilə Rostov vilayəti üzərində 18 PUA zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.
“Ötən gecə hava hücumundan müdafiə bölmələri düşmənin hava hücumunu uğurla dəf edib. Rostov vilayəti üzərində 18 PUA məhv edilib. PUA-lardan beşi regionun cənub-qərb hissəsində, 13-ü isə Millerovo rayonunda zərərsizləşdirilib”, - Qolubev bildirib.
Onun sözlərinə görə, tələfat və dağıntı qeydə alınmayıb.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video