Nəsrullahı öldürmək qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əsas şərt idi.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Hizbullah lideri Həsən Nəsrullahın Beyruta endirilən zərbələr nəticəsində ölməsi haqda danışarkən deyib.
“Nəsrullah sağ olduğu müddətcə Hizbullahın imkanlarını tez bir zamanda reabilitasiya edə bilərdi. Ona görə də əmr verdim və Nəsrullah artıq aramızda deyil”, - o bildirib.
“Bir il əvvəl düşmənlərimiz bizə hücum etdilər və İsrailin məhv olmaq yolunda olduğunu düşündülər. Bir ildən sonra hücum ardınca hücum, uğur ardınca uğur… Onlar ümidlərinin necə qırıldığını anladılar”.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video