Ermənistan və İran Araz çayı üzərindən ikinci körpünün tikintisinin texniki aspektlərini müzakirə etməkdə davam edir.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildiriblər.
"Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur", - nazirlik qeyd edib.
May ayında bu layihənin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması barədə məlumat verilmişdi.
Xatırladaq ki, Araz üzərində yeni körpünün planlaşdırılması üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvanda onun 1995-ci ildə tikilmiş mövcud körpü ilə paralel tikintisinin mümkünlüyünü istisna etmirlər.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava