Rusların qılıncla edam etdikləri silahsız, əli bağlı ukraynalı əsgərin görüntüləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT ilə əlaqə saxlamışıq.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinets deyib.
“Barbarlığın və qaniçənliyin səviyyəsi ağlasığmazdır. Bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”, - Lubinets bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə sinəsinə qılınc sancılmış ukraynalı əsgərin görüntüləri yayılıb. Bildirilib ki, rus hərbçilər onu edam etdikdən sonra üzərinə “Kurska görə” yazısını yazıblar. Hadisənin harada baş verdiyi məlum deyil.
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos