Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində baş verən qarşıdurma nəticəsində 3 nəfər güllələnərək öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, qarşıdurma namus məsələsi üstündə olub, keçmiş ər həyat yoldaşı ilə münasibətdə olduğundan şübhələndiyi gənci öldürmək istəyib.
Nikahdan kənar münasibətdə günahlandırılan gənc yaralanıb, onun atası və iki yaxın qohumu isə qarşıdurma nəticəsində həlak olub.
Cinayəti törədən şəxsin özünün də yaralandığı və polis nəzarəti altında xəstəxanada müalicə aldığı bildirilir.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!