Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ittiham verilib.
Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!