Ukrayna Silahlı Qüvvələri müharibə ərzində 80 min əsgərini itirib, 400 min nəfər isə yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, müharibədə Rusiya ordusunun 200 min hərbçisi ölüb, 500 mini isə yaralanıb.
“Ukraynanın əhalisi 4 dəfə az olduğuna görə bu cür itkilərin öhdəsindən gəlmək daha çətin olacaq. Lakin uzunmüddətli perspektivdə nəticələr hələ müharibədən əvvəl demoqrafik problemləri olan hər iki ölkə üçün dağıdıcı olacaq”, - məlumatda qeyd olunub.
Nəşr bildirib ki, Putinin müharibəyə başlamasının motivlərindən biri ukraynalıların hesabına Rusiya əhalisinin sayını artırmaq idi.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!