İran dövlət televiziyasının "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı xəbər yayıb.
Məlumata görə, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini "Şimali Azərbaycan" adlandırıb.
Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana birləşər.
Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi: "azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!"
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol