Ukraynanın Kurskdakı qüvvələrinin yeni strategiyası var - sürətlə hərəkətə keçmək və rus qoşunlarını mühasirəyə almaq.
BUTA.TV xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks deyib.
“95-ci Hava Hücum Briqadasının rəhbərlik etdiyi Ukrayna taktiki qrupu Novıy Putdan sağda və Vesyoloyenin cənubundan keçən yolu kəsir. Əgər Novıy Putun şimal-şərqinə doğru irəliləyən ukraynalılar əsas sektorda digər Ukrayna bölmələri ilə birləşsələr, onlar potensial olaraq minlərlə rusu mühasirəyə ala bilərlər”, - Eks bildirib.
Onun sözlərinə görə, yerli coğrafi şərait Ukrayna ordusunun rus qoşunlarını mühasirəyə almasına şərait yaradır:
“Ukrayna ordusu Seym üzərindən keçən bütün körpüləri dağıdıb, ona görə də çayın cənubundakı bütün rus qoşunlarının taleyi müvəqqəti pontonlardan və ya Korenevo şəhəri üzərindəki dar körpüdən asılıdır”.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol