ABŞ məhkəməsi prezidentliyə namizəd Donald Trampın həyatına ikinci cəhddə şübhəli bilinən Rayan Uesli Rutu ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Məlumata görə, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub. İttihamlara odlu silah saxlamaq və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaq daxildir.
Eyni zamanda, telekanal həbs məsələsi ilə bağlı dinləmənin sentyabrın 23-nə təyin edildiyini bildirib.
Qeyd edək ki, Trampa ikinci sui-qəsd cəhdi ötən gün olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən, təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb. Məxfi Xidmət dərhal qarşılıq verib. Rut ərazidən qaçmağa nail olsa da, uzaqlaşa bilməyib və həbs olunub.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu