Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi