ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rut ilə Ukrayna arasında əlaqələr Kremlin yox, ABŞ kəşfiyyat orqanlarının başağrısı olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Burada düşünməli olan biz yox, ABŞ xüsusi xidmət orqanlarıdır. Hər halda odla oynamağın öz nəticəsi var. Bu, ABŞ kəşfiyyat orqanları üçün böyük narahatlıq və başağrısı olmalıdır”, - o bildirib.
Qeyd edək ki, ötən gün Trampa sui-qəsd cəhdi edən şəxsin Ukraynada döyüşmək istədiyi, Rusiyaya qarşı çağırışlar etdiyi üzə çıxıb.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi