Güney Azərbaycanın Zəncan şəhərinin yanğınsöndürənləri etiraz aksiyası keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Zəncan şəhərinin bələdiyyəsi binası qarşısına toplaşan narazılar əmək haqlarının az olmasına, başqa qanuni tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.
Azərbaycanlı yanğınsöndürənlər Tehranla başqa əyalətlər arasında əmək haqlarında olan kəskin fərqin bölgələrdəki işçilərə qarşı ayrı-seçkilik olduğunu bildiriblər.
Zəncan bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətlərinin rəisi Əmir Fəzli paytaxtla Zəncan yanğınsöndürənlərinin əmək haqlarının fərqli olduğunu təsdiqləyib.
“Əmək haqlarının müəyyənləşdirilməsi məsələsində Tehranın öz qaydaları var və biz bu məsələdə heç nə edə bilmərik”, - o qeyd edib.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi