Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, rayon ərazisində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, avtomobildə olan sərnişin Elbəyi Həsənov isə qəza nəticəsində ölüb.
E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.
O, ailəli olub.
Faktla bağlı araşdırmalar aparılır.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi