Yeni dərs ilinin başlanması ilə yollarda nəqliyyat vasitələrinin artması Bakını iflic edib.
BUTA.TV xəbər verir ki, Formula-1 yarışı bitsə də, bu tədbirə görə şəhər mərkəzində bağlanan yollar hələ açılmayıb. Üstəlik, Bakının əsas prospektlərindən olan Babək və Qara Qarayev bağlanıb.
Qara Qarayev prospektinin Koroğlu yol qovşağına çıxan hissədə tam məhdudiyyətin tətbiqi avtomobil vasitələrinin Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxışını mümkünsüz edib. Nəticədə Bakının əksər prospektlərində hərəkət dayanıb.
Qeyd edək ki, Formula-1-ə görə şəhər mərkəzində küçə və prospektlərin bağlı olduğu bir vaxtda Qara Qarayev prospektinin Ziya Bünyadova çıxışının da tam məhdudlaşdırılması məntiqi anlaşılmazdır.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi