“ARB Media Qrup”un tərkibinə daxil olan ARB televiziyasının efirindən xəbərlər buraxılışı çıxarılır.
BUTA.TV xəbər verir ki, kanalda 35-40 dəqiqəlik efir vaxtı olan və 20:00-da yayımlanan “ARB xəbər” buraxılışını Ülvira Qarayevanın aparıcılıq edəcəyi sosial proqram əvəzləyəcək.
Məlumata görə, sentyabrın 16-ı, saat 20:00-da “ARB xəbər”in sonuncu buraxılışı olacaq. Bundan sonra ARB televiziyasının tamamilə sosial mahiyyətli kanal kimi fəaliyyət göstərəcəyi bildirilir.
Qeyd edək ki, media qrupun nəzdində fəaliyyət göstərən ARB-24 televiziyası gündəm, siyasət, iqtisadiyyat xəbərlərini ehtiva edən xəbər bloku və proqramları ilə fəaliyyət göstərir.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi