Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə görüşdə ona Ukraynanın qələbəsi planını təqdim etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.
Zelenski qeyd edib ki, o, Baydenlə sülh sammitindən əvvəl Ukraynanın mövqeyini gücləndirmək barədə danışacaq:
"Çünki diplomatik qərarlar güclü olanda yaxşıdır. Əks halda Putin bu prosesdə iştirak belə etməyəcək. Hesab edirəm ki, başqa şəraitdə ruslar müharibəni dayandırmaqda maraqlı olmayacaqlar".
O bildirib ki, onun qələbə planına bir neçə məqam daxildir - dörd əsas və müharibədən sonra lazım olacaq bir məqam:
"Bu təhlükəsizliklə bağlıdır. Söhbət Ukraynanın geosiyasi durumundan gedir. Söhbət çox güclü hərbi dəstəkdən gedir, bu dəstək bizim üçün olmalıdır. Biz bu və ya digər amildən necə istifadə edəcəyimizə sərbəst qərar verməliyik. Söhbət iqtisadi dəstək haqqında qərardan gedir".
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi