Britaniya və ABŞ qorxur ki, Rusiya Ukraynaya qarşı müharibədə istifadə üçün raketlər müqabilində İranla nüvə sirlərini paylaşa bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Vaşinqtonda keçirilən sammitdə Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Co Bayden Qərbin iki ən böyük düşməninin hərbi əməkdaşlığının artırılması təhlükəsini müzakirə ediblər. Bu, İranın nüvə bombası hazırlamaq üçün əhəmiyyətli miqdarda zənginləşdirilmiş uran ehtiyatı topladığının aşkarlanmasından bir neçə gün sonraya təsadüf edib”, - məlumatda qeyd olunub.
“Teleqraf” bildirib ki, ötən həftə ABŞ dövlət katibi Entoni Blinken də Londona səfəri zamanı iki ölkənin öz fəaliyyətləri ilə dünya üçün daha böyük təhlükə yaratdığı barədə xəbərdarlıq etmişdi.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı