Çin yeni qırıcısını sınaqdan keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının sənədli filmində “Lyaonin” təyyarədaşıyan gəmisinin ekipaj üzvü Çjan Nayqanq danışıb.
Filmdə yeni təyyarənin heç bir təsviri göstərilməyib və sınaqların dəqiq nə vaxt keçirildiyi barədə məlumat verilməyib.
Məlumata görə, Çin təyyarədaşıyan gəmilərdə yerləşdirilməsi üçün J-31 və ya J-35 adlı yeni qırıcı hazırlayır. O, Amerikanın beşinci nəsil F-35 qırıcısının ekvivalenti kimi təqdim olunur. Ehtimal olunur ki, bu, ilk uçuşunu 2012-ci ildə etmiş beşinci nəsil ağır çoxməqsədli FC-31 qırıcısının modifikasiyası olacaq.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı