Moskva Lissabonun 6 rus yanğınsöndürmə helikopterini Kiyevə təhvil verməsini Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək düşmənçilik addımı kimi qiymətləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz bu helikopterlərin Kiyev rejiminə verilməsi faktını kollektiv Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmaq və Ukraynada münaqişəni uzatmaq kimi cinayətkar kursuna uyğun olaraq ölkəmizə qarşı növbəti düşmən addımı kimi qiymətləndiririk”, - diplomat qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Portuqaliya hakimiyyət orqanları 6 Rusiya yanğınsöndürmə helikopterinin Ukraynaya təhvil verilməsinin başa çatdığını elan edib.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video