Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirib.
BUTA.TV xəbər verir ki, 36 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında yazıb.
Yarımmüdafiəçinin peşəkar karyerasındakı son klubu "Salernitana" (İtaliya) olub.
Qeyd edək ki, D.Perotti İspaniyada "Sevilya", Argentinada "Boka Xuniors", İtaliyada "Cenoa" və "Roma", Türkiyədə "Fənərbağça" kimi klubların da formasını geyinib.
2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto