Gürcüstanda yaşayan çox sayda həmvətənimiz müraciət edir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır:
“Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Əcnəbilərə tətbiq etdiyimiz qadağanı onlara da tətbiq edək? Onlar Gürcüstan vətəndaşı olsa da, azərbaycanlıdırlar. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı