İyunun 14-ü saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib. İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir