Polis Lənkəran rayonunda keçirilən tədbir zamanı bir sıra obyektlərdə sanitariya-gigiyena qaydalarının pozulması ilə bağlı faktlar aşkarlayıb.
BUTA.TV modern.az-a istinadən bildirir ki, rayonun Aşağı Nüvədi kəndində yerləşən “Palıdlı” istirahət mərkəzində məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.
İstirahət mərkəzinin nümayəndəsi barədə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi bu ilin aprel ayında vəfat edən deputat Hadi Rəcəbliyə məxsusdur. Obyektin hazırda onun ailəsi tərəfindən idarə edildiyi bildirilir.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir