ABŞ-ın keçmiş vitse-rezidenti Mayk Pens Rusiyanın hərbi gəmilərinin Kuba sahillərinə göndərməsinə görə Prezident Vladimir Putini təhdid edib.
BUTA.TV xəbər verir ki, Pens bununla bağlı X səhifəsində yazıb.
O, “Mayami Herald” qəzetinin “Rusiya donanması Kubaya yaxınlaşarkən ABŞ hərbi gəmilərini yerləşdirir” başlıqlı xəbərini “Bu barədə heç düşünmə, Vladimir” sözləri ilə paylaşıb.
Qeyd edək ki, “Mayami Herald” qəzetinin məlumatına görə, Rusiya donanmasının Kubaya yerləşməsindən sonra ABŞ-ın 3 esminesi hərəkətə keçib. Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq əleyhinə “Poseydon-8” və Kanada Hərbi Hava Qüvvələrinin “CP-140 Avrora” patrul təyyarələri də havaya qaldırılıb.
Xatırladaq ki, ötən həftə Kuba hökuməti Rusiya donanmasına məxsus “Admiral Qorşkov” freqatı, “Kazan” atom sualtı qayığı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” qoşqu gəmisinin 12-17 iyun tarixlərində keçiriləcək təlimlərdə iştirak etmək məqsədilə Havana limanında qalacağını bildirmişdi.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir