Qusarda xəstəxananın mühafizəçisi döyülüb.
BUTA.TV xəbər verir ki, Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.
Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova Report-a açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində mualicə aldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi