Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonu, Gəncə prospektində, binaların ortasında ikimərtəbəli ticarət öbyektinin tikintisinə hazırlıq işləri bir müddətdir başlayıb.
BUTA.TV xəbər verir ki, buna görə “Şəms” şadlıq-mərasim evi sökülüb və hazırda qazıntı davam edir. Buna görə də ekskovator gün ərzində dayanmadan çalışır.
Ekskovatorun havaya buraxdığı qatı zəhərli tüstüdən sakinlərin narazılığı ilə bağlı ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən araşdırılacağı bildirilmişdi. ETSN yalnız araşdırandan sonra xatırlayıb ki, ekskovatorun havaya normadan artıq zəhərli tullantı buraxmasına onlar deyil, Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsi nəzarət etməlidir.
Məsələyə aydınlıq gətirməsi üçün DİN-ə müraciət olunub.
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü