Naxçıvan Muxtar Respubilkasının maliyyə nazirinə müavin təyin edilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisinin sədr müavini Anar İbrahimov iyunun 7-də Elvin Əlimərdanovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.
Elvin Əlimərdanov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir və “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir.
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü