Belarus noyabrda Ağdam rayonunda kənd təsərrüfatı şəhərciyi layihəsinin Konsepsiyasını təqdim etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Belarusun Baş nazirinin müavini İqor Petrişenko bildirib.
O qeyd edib ki, bu layihə Bakıda təqdim olunacaq:
“Belarus Qarabağın dirçəlişinə konkret töhfə verəcək. Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması, bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin tikintisi olacaq. Bu hərtərəfli layihənin konsepsiyasını bu ilin noyabrında Bakıda təqdim etməyi planlaşdırırıq”.
Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı şəhərciyinin salınması təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Belarus tərəfindən irəli sürülüb.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video