İyunun 7-də Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun milli aviadaşıyıcısı “Air Montenegro”nun Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul edib.
Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib.
Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.
Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi www.airmontenegro.com saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam edir.
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü