Ermənistanın heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası yoxdur. Ermənistan və Azərbaycan arasında müzakirə edilən sülh sazişində aydın şəkildə qeyd olunub ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN-in yaydığı məlumatda bildirilib.
“Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz. Sazişin imzalanması və onun dövlətdaxili prosedurlar vasitəsilə ratifikasiyası nəhayət, bu prinsipləri möhkəmləndirəcək”, - məlumatda vurğulanıb.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video