Quranda saç əkilməsi ilə bağlı bir şey yoxdur. Hər yerindən duran bir şey deyir və bunu peyğəmbərin adından uydurur.
Bu sözləri Kult.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri türkiyəli ilahiyyatçının saç əkilməsi ilə bağlı dediklərini şərh edərkən bildirib.
“Soruşmaq lazımdır, peyğəmbərin dövründə saç əkmək var idi? Yoxsa peyğəmbər özü həmin dövrdə əkilən saçlara icazə verirdi? Yəni bunların cəfəngiyyat olduğu aydın məsələdir. Bundan əlavə peyğəmbərin ümumiyyətlə halal, yaxud da haram qoyma kimi səlahiyyəti heç bir zaman olmayıb. Belə səlahiyyət ancaq Allaha məxsusdur. Allah da öz hökmünə heç kimi şərik etməyib. Bu deyilənlər də absurd yanaşmadır”, - Elşad Miri vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə türkiyəli ilahiyyatçının "Saç əkilməsi icazəli deyil. Peyğəmbərimiz bunu qadağan etmişdir" iddiası müzakirələrə səbəb olub.
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır