Paşinyanın gündəmində belə bir məsələ yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
O, azərbaycanlı jurnalist, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Əhməd Şairoğlunun X-də yaydığı səs yazısı ilə bağlı deyib.
Şairoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda BMT-nin COP29 sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyini idia edib.
“Ekspert öz subyektiv fikrini ifadə edib, bunun Paşinyanın iş gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb”, - deyə Bağdasaryan vurğulayıb.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər