Azərbaycanda Nigar adlı qadın "Türkiyəyə müalicəyə gedirəm" deyərək ərinə bilet aldırıb və 2 övladını da götürərək Türkiyədə ərə gedib.
BUTA.TV xəbər verir ki, arvadını axtaran ər “Təsir dairəsi” verilişinə müraciət edib, axtarışlar nəticəsində məlum olub ki, qadın müalicəyə getməyib. Verilişin aparıcısı Lalə Azərtaş axtarışlarının nəticəsini öyrəndikdə şoka düşdüyünü gizlətməyib:
“Ata Rəşid iki övladından və arvadından xəbər ala bilmədiyi üçün narahat olub, düşünüb ki, bəlkə, həyat yoldaşımı zirzəmidə saxlayırlar, başına bir iş gəlib zənglərimə ona görə cavab vermir. Daha sonra ata bizə müraciət etdi. Biz efir bitəndən bir neçə dəqiqə sonra “itkin düşən” Nigarı tapdıq. Siz demə, Nigar ərinə bilet aldırıb, 2 uşağını da götürüb Ankaraya ərə gedib.
O, gedib Ankarada ailə qurub. Mən dəhşət içərisindəyəm, özümə gələ bilmirəm. Qadın burada rəsmi nikahda olmayıb və gedib orada türkiyəli vətəndaşla nikaha girib.
Sən demə, qadın 1 il yarımdır həmin adamı tanıyırmış. Nigar artıq hamilədir”.
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video