Türkiyəli nazir SOCAR-dan danışdı: Fəaliyyəti...

17:14 - 4 İyun 2024 - GÜNDƏM

 Türkiyəli nazir SOCAR-dan danışdı: Fəaliyyəti...

Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir.

BUTA.TV xəbər verir ki, bu barədə iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd edib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunub.

Bu xəbər hal-hazırda çox oxunur
Diqqət: Pensiyaların ödənişi başa çatdı!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol