Ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil.
Kult.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.
Fazil Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik".
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı