Rusiya manevr edir, yoxsa əsl hücumdur? - Voloxov

08:18 - 4 İyun 2024 - GÜNDƏM

 Rusiya manevr edir, yoxsa əsl hücumdur? - Voloxov

Rusiyanın Xarkov vilayətinə hücumunun manevr, yoxsa tam hücum olduğunu söyləmək hələ də çətindir.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın 3-cü Əlahiddə Briqadasının Terra bölməsinin komandiri Nikolay Voloxov bildirib.

"Onlar bütün kartlardan istifadə etməyib. Şəxsən mən ruslardan daha çox şey gözləyirəm. Belə görünür ki, aşağıdakı ssenari həyata keçirilir: onlar zirehli texnika və piyadaların çox əhəmiyyətli resursu ilə təzyiq göstərirlər. Bu, təkcə Xarkov deyil, Donetsk və Xerson vilayətlərində də baş verir", - o qeyd edib.

Onun fikrincə, ruslar Ukrayna müdafiəsində zəif nöqtə axtarır və Ukrayna ordusunun müəyyən şəkildə ehtiyatlarını hərəkət etdirməyə məcbur edirlər.

Bu xəbər hal-hazırda çox oxunur
“Mersedes”lə qəza törətdi: anası öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol