“Qarabağ” fransalı hücumçusu ilə vidalaşdı

22:06 - 3 İyun 2024 - GÜNDƏM

 “Qarabağ” fransalı hücumçusu ilə vidalaşdı

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb.

Klubdan BUTA.TV-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Bu xəbər hal-hazırda çox oxunur
“Mersedes”lə qəza törətdi: anası öldü

Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol