Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki (Ziya Bünyadov prospekti, 38c) pəncərəsinə müraciət etməlidirlər.
Qeyd olunub ki, sənədlərin qəbulu iyunun 5-də başa çatır.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı