Belarus hərbçiləri qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin tam dövrəsini uğurla başa vurub.
BUTA.TV xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Leonid Davidoviç STV telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Belarus ekipajları və mühəndis heyəti uzun müddət həm nəzəri, həm də praktiki hazırlıq keçib:
“Bütün nəzarət tədbirləri, təlimlər və yoxlamalar mütəmadi olaraq həyata keçirilir. Biz daim müxtəlif şəraitlərdə ssenarilər tətbiq edirik, bəzən təlim yerlərini və ya mühiti dəyişirik. Ekipajlar hazırdır, mühəndislər hazırdır, təyyarələr çoxdan hazırlanıb”, - Davidoviç vurğulayıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı