Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib.
BUTA.TV xəbər verir ki, Danielyan “türklərin niyə tələsdiyini” anlamağa çalışıb.
O bildirib ki, mümkün variantlar - Ukrayna müharibəsinin dondurulması, İranda hakimiyyətin ötürülməsi və xarici siyasətdə dəyişiklik, Ermənistanın baş naziri və komandasının hakimiyyəti itirməsi ola bilər.
“Yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələr gözlənilir”, - o iddia edib.
Qeyd edək ki, Türkiyə rəsmilərinin vaxtaşırı olaraq Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişi imzalanmasını arzulamasının səbəbi regionda sabitlik və iqtisadi inkişaf üçün yaranan tarixi fürsətdir. Erməni müxaliflər isə “fundamental dəyişiklik” gözləyərək, regiona növbəti qeyri-stabilliyin gəlişini arzulayırlar.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı