Böyük Britaniyanın Meksikadakı səfiri Con Benjamin sosial şəbəkələrdə zarafatla diplomatik nümayəndəliyin əməkdaşlarından birinə silah tuşladığı video yayılandan sonra işdən qovulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, hadisə aprel ayında, Benjamin Meksikanın şimalında narkotik kartelləri ilə tanınan Duranqo və Sinaloa ştatlarına səfəri zamanı baş verib. Videoda diplomat maşında olarkən avtomatı götürərək zarafatla tabeliyində olanlardan birinə tuşlayıb.
Britaniya XİN hadisədən xəbərdar olduqlarını və artıq tədbir görüldüyünü açıqlayıb. Səfirliyin müşaviri Reyçel Brazyer Böyük Britaniyanın Meksikadakı müvəqqəti işlər vəkili olub.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı