İran, prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.
Qeyd edək ki, helikopterin qalıqlarının Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının tapdığı xəbəri yayılsa da, İran Baş Qərargahı onlara məxsus PUA-larının qalıqları tapdığını açıqlayıb.
Nazir "Hürriyət" qəzetinin əməkdaşının bununla bağlı sualına "İran bizə təşəkkür etdi” deməklə kifayətlənib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı