Gürcüstan-Amerika münasibətləri əvvəlki illərdə xeyli zədələndikdən sonra yenidən nəzərdən keçirilməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki inqilab cəhdi olub. Bu cəhdlərin niyə edildiyini bilmirəm, amma fakt budur ki, ABŞ-ın Tiflisdəki səfiri o illərdə çox şeyi korladı və bunu düzəltmək lazımdır.
Bura hökumətin istefasını və onların iştirakı ilə hökumətin qurulmasını tələb edən Amerika tərəfindən maliyyələşdirilən QHT-lər daxildir. Ona görə də Gürcüstan-Amerika münasibətlərinə yenidən baxmaq lazımdır”, - Kobaxidze bildirib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı