Ölkəmiz müharibəni bitirsə də, hələ də müharibə riski var. Ona görə də təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, büdcədən təhlükəsizliklə bağlı ayrılan vəsaitlərin artırılması daha məqbul seçimdir:
“Eyni zamanda mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsaitlərin ciddi şəkildə artırılmasına ehtiyac var. Çünki bu sahədə çalışan şəxslərin gəlirləri olduqca aşağı səviyyədədir”.
Deputat bildirib ki, publik hüquqi şəxslər bu gün özünü tam mənada doğrultmur. Ona görə də bu məsələyə yenidən baxmaq lazımdır.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı