Hindistanda zəvvarları daşıyan avtobusun dərəyə düşməsi nəticəsində 22 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Daha 60 nəfərin yaralandığı bildirilir.
Qəzanın Şiva məbədinin yerləşdiyi Şiv Xori bölgəsində baş verdiyi bildirilib. Belə ki, naməlum səbəbdən avtobus yoldan çıxaraq təxminən 45 metr hündürlükdən dərəyə düşüb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, maddi dəstək vəd edib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı